Bakı-Qazax magistral yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə yolun Tovuz rayonun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“KİA” və “VAZ2101” markalı avtomobillərin toqquşması nəticəsində Tovuz rayonu, Qovlar şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Ədalət müxtəlif bədən xəsarəti ilə Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Qəza zamanı başqa xəsarət alanlarında olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Modern.az