Modern.az

Həyat yoldaşından ayrılan kişi özünə qəsd etdi

Həyat yoldaşından ayrılan kişi özünə qəsd etdi

Aktual

12 Dekabr 2016, 00:38

Bakının Sabunçu rayonunda 40 yaşlı kişi intihara cəhd edib. Modern.az saytı xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, hadisə 1-ci Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1976-ci il təvəllüdlü Rafiq Budaqov yaşadığı evdə qarın nahiyyəsinə iki bıçaq zərbəsi vurub. O, bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

 

İlkin məlumata görə, Rafiq Budaqov özünə bıçaqla xəsarət yetirən zaman sərxoş olub.

 

Bildirilir ki, bir neçə gün əvvəl Rafiq Budaqov həyat yoldaşından ayrılıb. Arvadının ondan ayrılmasına əsəbiləşən 40 yaşlı kişi intihar etmək istəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər