Modern.az

Füzulidə YANĞIN: yaşlı kişi öldü

Füzulidə YANĞIN: yaşlı kişi öldü

12 Dekabr 2016, 09:20

Füzuli rayonunda ölümlə nəticələnən yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Alxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin hər mərtəbəsində bir otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən boğulmuş vəziyyətdə yanğınsöndürənlər tərəfindən çıxarılıb.

Təcili Tibbi Yardım Xidməti hadisə yerinə gələnədək yanğınsöndürənlər tərəfindən xilasetmə cəhtlərinə baxmayaraq 1930-cu il təvəllüdlü Məmmədov Ağaxan Xacıağa oğlu vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər