Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gələrək, mərhum dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət ediblər.
Modern.az-ın xəbərinə görə, ziyarətdə dövlət xadimləri və ölkə ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.