Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edir.
Zaman 2003-cü il, məkan Bakı şəhəri... 13 il öncə...
Dünya şöhrətli siyasi xadim, görkəmli dövlət adamı Heydər Əliyev son mənzilə yola salınır...
Vida mərasimi 15 dekabr 2003-cü il tarixində təşkil edilib...
Heydər Əliyev 3 gün öncə, 12 dekabr 2003-cü il tarixində ABŞ-ın Klivlend Klinikasında dünyasını dəyişmişdi. 13 dekabrda Azərbaycan prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalamışdı.
Vida mərasimi ovaxtkı Respublika Sarayında (hal-hazırda - Heydər Əliyev Sarayı) 15 dekabr 2003-cü il tarixində keçirildi.
Mərasimdə müxtəlif dövlətlərin rəhbərləri də iştirak edirdi. Heydər Əliyev Fəxri Xiyabanda, həyat yoldaşı Zərifə Əliyevanın yanında dəfn edildi. Mərasimi əsnasında artilleriya atəşi açıldı...