Modern.az

BANM-də Heydər Əliyev anıldı

BANM-də Heydər Əliyev anıldı

12 Dekabr 2016, 11:40

12 dekabr Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyevin anım günüdür. Bu gün ilə əlaqədar olaraq Bakı Ali Neft Məktəbində (BANM) bütün tədris auditoriyalarında ilk dərs Azərbaycan xalqının tarixində həlledici xidməti olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevə həsr olundu.

Bildirildi ki, Azərbaycanın  tarixi şəxsiyyətləri içərisində görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı kimi dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. O, böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi.

Heydər Əliyevin Ali Məktəbdəki büstü önünə gül dəstələri qoyularaq bu dahi şəxsiyyətə hörmət və ehtiram nümayiş olundu.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər