Modern.az

Bərdədə qəbiristanlıqdan oğurluq edən tutuldu

Bərdədə qəbiristanlıqdan oğurluq edən tutuldu

12 Dekabr 2016, 12:27

Dekabrın 11-də Bərdə şəhər sakini Zülfü Əmrəliyev RPŞ-yə müraciət edərək sentyabrın 11-də Cəyirli kənd qəbiristanlığında dəfn edilmiş qardaşının məzarının mərmərdən olan sinə daşının və 2 ədəd güldanın oğurlanmasını bildirib.

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ceyhun Sadıqov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin qəbiristanlıqdan daha 1 məzarın mərmərdən olan sinə daşını oğurlaması da müəyyən edilib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər