Modern.az

Azərbaycanın 15 qəzet rəhbəri Türkiyəyə gedib - FOTO

Azərbaycanın 15 qəzet rəhbəri Türkiyəyə gedib - FOTO

12 Dekabr 2016, 14:53

 

“Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə 15 baş redaktor və media mənsubları Türkiyəyə səfər edib”.

Bunu Modern.az-a açıqlamasında “ İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bu gündən etibarən rəsmi görüşlərin başladığını bildirib.

“ İlk olaraq biz bu gün Ankara şəhərində Heydər Əliyev adına parkda ulu öndərin abidəsini ziyarət etdik. Sonra isə Türkiyənin baş naziri yanında Basın və İnformasiya Genel Müdirliyidə görüş keçirdik. Növbəti görüşümüz üzə TİKA rəhbərliyi ilə olacaq”.


Baş redaktor həmçinin planda başqa görüşlərin də olacağını deyib.

“Digər görüşlər barədə isə məlumat verməkdə çətinlik çəkirəm. Ola bilsin ki, plana bəzi görüşlər də əlavə edilsin.  Plana uyğun olaraq görüşlərimiz davam edir. Türkiyə səfəri isə dekabrın 15-də yekunlaşacaq”.

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər