Modern.az

Elmar Məmmədyarov fransalı həmsədrlə görüşüb

Elmar Məmmədyarov fransalı həmsədrlə görüşüb

12 Dekabr 2016, 17:04

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskonti ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi barədə fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycanın Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini bildirib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər