Qaraçı mahnılarının kraliçası, makedoniyalı qaraçı əsilli müğənni Esma Rəcəpova bu ölkənin paytaxtında 73 yaşında vəfat edib. Modern.az xaric mediaya istinadən xəbər verir ki, o, özünün 5 və övladlığa götürdüyü 47 uşağı böyüdüb.
Bu səbəbdən o həm də çoxuşaqlı ana kimi tanınırdı.
Esma Rəcəpova gənclik illərindən oxumağa başlayıb. Rəcəpova 2010-cu ildə National Public Rradionun versiyasına görə “Dünyanın 50 ən yaxşı səsi” siyahısına düşüb.
2013-cü ildə mekadoniyalı müğənni Vlatko Lozanoski ilə bu ölkəni “Eurovision”da təmsil edib.
Esma Ümumdünya qaraçı təşkilatının üzvü idi və 2 dəfə Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.
Modern.az