Modern.az

Musa Quliyev Qırğızıstanda referendumun nəticəsini müzakirə edib

Musa Quliyev Qırğızıstanda referendumun nəticəsini müzakirə edib

12 Dekabr 2016, 20:42

Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) başa çatıb. Refendumu Azərbaycan-Qırgızıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Musa Quliyev  TürkPA  və MDB Parlament Assambleyasının xətti ilə beynəlxalq müşahidəçi qismində izləyib.

Millət vəkili Musa Quliyevin Modern.az saytına verdiyi məlumata görə, konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum Qırğızıstan müstəqillik əldə etdikdən sonra bu ölkədə baş tutan sayca səkkizinci ümumxalq səsverməsidir. Konstitusiyaya edilən əlavə və dəyişikliklərin əsas mahiyyəti Qırğızıstanda baş nazir hakimiyyətini gücləndirmək, ailə institutunu möhkəmləndirmək, məhkəmə hakimiyyətini daha da şəffaflaşdırmaq, deputata baş nazir və ya baş nazirin müavini seçildikdə deputat mandatını və səsvermə hüququnu saxlaması imtiyazının verilməsi və digər məsələlər daxil edilib. Bütövlükdə konstitusiyanın 26 maddəsinə əlavə və dəyişiklik edilib. Dünən baş tutan referendumda seçicilərin 42 faizi iştirak edib və onlardan 79,6 faizi referendumun lehinə səs verib”.

Qeyd edək ki, millət vəkili Musa Quliyev Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri xanim Nurjan Şayldobekova, baş nazır Sooronbay Jeenbekov və Parlamentinin sədri Çınıbay Tursunbekovla görüşərək referendumun nəticəsini müzakirə edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər