Bu gün Nyu-Yorkda BMT-nin yeni baş katibi Antoniu Quterreşin andiçmə mərasimi keçirilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, BMT Baş Assambleyasi bu gün Antoniu Quterreşin baş katib vəzifəsinə təsdiq edib.
Təşkilatın sayca doqquzuncu rəhbəri 2017-ci il, yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq.
BMT-nin baş katibi seçildikdən sonra A.Quterreş bir sıra ölkə paytaxtlarına, o cümlədən London, Paris, Pekin, Vaşinqton və Moskvaya səfərlər edib.
Modern.az