Modern.az

Nazarbayev azərbaycanlı deputatı təltif etdi  

Nazarbayev azərbaycanlı deputatı təltif etdi   

Aktual

13 Dekabr 2016, 22:07

Qazaxıstan Respublikası Parlamentinin azərbaycanlı deputatı Məhərrəm Məhərrəmov Prezident Nursultan Nazarbayevin fərmanı ilə "Əmək fəaliyyətində fərqlənməyə" görə medalı və "Qazaxıstan Respublikasının 25 illiyi" ilə bağlı yubiley medalı ilə təltif edilib.

Modern.az xəbər verir ki, soydaşımızın qardaş Qazaxıstan Parlamentindəki fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək ali səviyyədə təltif edilməsi qürurverici hadisədir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi cənab M.Məhərrəmovu səmimi qəlbdən təbrik edərək, Qazaxıstanda yaşayan soydaşlarımızın qardaş Qazaxıstanın daha da güclənməsi, inkişafı və çiçəklənməsinə verdikləri hər bir töhfədən böyük sevinc hissi duyduğunu bildirir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər