Modern.az

"Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu yenidən açılır

"Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu yenidən açılır

14 Dekabr 2016, 10:12

Xəbər verdiyimiz kimi dekabrın 7-dən etibarən bağlanan “Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanmışdı. Dekabrın 15-dən etibarən isə bağlanmış yol açılacaq.

 

Bu haqda Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

 

Yolun bağlanmasının 2 həftə davam edəcəyi bildirilsə də, təmir-bərpa işləri vaxtından əvvəl yekunlaşdırılıb.

 

Qeyd: 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər