Modern.az

Sabahın hava PROQNOZU: qar, şaxta...

Sabahın hava PROQNOZU: qar, şaxta...

14 Dekabr 2016, 12:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.

 

Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, gecə və səhər çovğun olacağı ehtimalı var. Arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 1-3° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti, Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 760 mm civə sütünundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

 

Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər