Modern.az

Ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği məlum oldu

Ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği məlum oldu

Aktual

14 Dekabr 2016, 15:23

Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin noyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15820,0 milyon manat təşkil edib.

Modern.az xəbər verir ki. bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Kredit portfelinin 12497,1 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il noyabr ayının 1-i ilə müqayisədə 14,8 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,7 faizini təşkil edib.
 
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il noyabr ayının 1-nə 7413,1 milyon manat təşkil edib.

Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,69 manata (ilin əvvəlindən 1,58 manata), 1 Avroya – 1,83 manata (1,76), 100 Rusiya rubluna – 2,63 manata (2,35) bərabər olub.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər