Yerevanda böyük qarət hadisəsi törədilib. Qarətçilər bir bankomatı partladıb, digərini isə yarmağa çalışıb.
Modern.az “news.am”a istinadən xəbər verir ki, qarətçilər partladılan bankomatdan 7.5 milyon dram oğurlamağa nail olublar. Onların digər bankomatı yarmaq cəhdləri yarımçıq qalıb.
Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Mirmahmud KAZIMOĞLU