Modern.az

Taksilərlə bağlı yeni QADAĞA - cərimə kəsiləcək

Taksilərlə bağlı yeni QADAĞA - cərimə kəsiləcək

Aktual

16 Dekabr 2016, 14:15

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeni qadağa tətbiq ediləcək. Modern.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.
Dəyişikliyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağan edilir. Bu qaydanı pozanlar 40 manatdan 50 manata qədər cərimə ödəməli olacaqlar. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər