BMT baş katibi Pan Gi Mun vətəni Cənubi Koreyada prezidentlik uğrunda mübarizəyə başlayır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yanvarın 1-də səlahiyyətləri başa çatdıqdan sonra vətəninə dönəcək.
Baş katib prezidentlik iddiaları haqqında sualları cavablandırmasa da, Cənubi Koreyadakı vəziyyəti "olduqca mürəkkəb" adlandırıb.
Qeyd edək ki, Cənubi Koreyada növbəti prezident seçkiləri 2017-ci ilin dekabr ayında baş tutmalıdır. Lakin Konstitusiya Kəhkəməsi Pak Kın Xeni hakimiyyətdən uzaqlaşdırmaq barədə qərar qəbul edərsə, seçkilər həmin qərardan 60 gün sonra keçirilməlidir.
Modern.az