Modern.az

“Azərkontrakt”ın 81 yaşlı sədri: “Bir həftədir işə çıxmıram”

“Azərkontrakt”ın 81 yaşlı sədri: “Bir həftədir işə çıxmıram”

19 Dekabr 2016, 10:42

Milli Məclisin ikinci və üçüncü çağırışlarında Lerik rayonundan deputat olmuş Miri Qəmbərov 81 yaşına çatmasına baxmayaraq, “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışmaqdadır.

Sabiq deputat Modern.az-a açıqlamasında son vaxtlar səhhətində problem yarandığını deyib.

“Səhhətimdə bir az problem var. O da ciddi deyil. Adi qriplərdən yaraıb.  Son bir həftədə işə çıxmıram. Sağalan kimi, işimin başına dönəcəm”.

Miri Qəmbərov, devalvasiyanın şirkətində yaratdığı fəsadlardan da danışıb.

“Bu ümumi məsələdir. Ölkənin hər bir yerində fəaliyyət göstərən şirkətlərə devalvasiyanın təsiri qaçılmazdır. “Azərkontrak” ASC-yə də bunun təsiri var. Amma işçilərin ixtisarı baş verməyib. Bu da keçəcək. Hər şey yaxşı olacaq”.
 

ASC sədrinin sözlərinə görə, Milli Məclisin indiki üzvləri ilə əlaqələri saxlayır.

“Nə olsun ki, deputat deyiləm. Parlamentdə təmsil olunan deputatların çoxu ilə əlaqəm var. Sağ olsunlar, vaxtaşırı mənimlə hal-əhval tuturlar. Tez-tez olmasa da, arada görüşürük”.

Miri Qəmbərov, 1994-1997-ci illərdə Azərbaycan Respublikasının ticarət naziri vəzifəsində çalışıb.

İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 


1997-ci ilin iyun ayından bu günü kimi "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədridir.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər