Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq xidmət təşkilatları ilə birgə həftə sonu Bala Bəhmənli, Mahmudlu, Kərimbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli kəndlərində vətəndaşlarla görüşüb, onlara söhbət edib, problem və qayğılarını dinləyib.
Görüş zamanı yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, həyatyani və pay torpaqlarından səmərəli istifadə olunması barədə Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası ilə bağlı rayonda görülən işlər vətəndaşlarla müzakirə olunub. Vətəndaşlarla söhbət zamanı rayonda taxılçılığın inbkişafı, növbəti il üçün pambıq əkininə hazırlığın vəziyyəti zəhmət adamları müzakirə olunub, gələn il barama saxlayacaq kümçülərlə görüşülüb, barama saxlanılacaq yerlərə baxılş keçirilib.
Bala Bəhmənli, Mahmudlu, Babı, Arayatılı, Mollaməhərrəmli, Kərimbəyli kənd sakinləri ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq və baramaçılığın yenidən bərpa olunmasını, əhalinin bu sahələrin hesabına məşğulluğunun təmin olunmasını müsbət qiymətləndiriblər. Alı Alıyev sözügedən kəndlərdə həmçinin kənd sakinlərinin həyətyanı torpaq sahələrindən istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsələhət və tövsiyyələrini verib.
Məcburi köçkünlərlə keçirilən görüşlər zamanı görülən işlər, görülməsi planlaşdırılan məsələlər vətəndaşlarla birgə müzakirə olunur, ictimai nəzarət qaydasında mövcud nöqsan və çatışmazlıqlar xalqla birgə həll olunur.
Modern.az