Modern.az

Portuqaliyada Azərbaycan multikulturalizmi tədrisinin monitorinqi aparılıb

Portuqaliyada Azərbaycan multikulturalizmi tədrisinin monitorinqi aparılıb

19 Dekabr 2016, 17:23

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyətə başladığı vaxtdan bəri yerli və xarici universitetlərdə Azərbaycan multikulturalizminin tədrisi layihəsini həyata keçirir. Sözügedən fənnin universitetlərdə aktuallığının və onun davamlılığının təmin edilməsi, fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda BBMM-in müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.

Portuqaliyanın Lusofona Universitetində Azərbaycan multikulturalizmi fənninin növbəti monitorinqini “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu aparıb. Monitorinq zamanı Hikmət Babaoğlu Lusofona Universitetində Azərbaycan multikulturalizmi fənninin dinləyicilərinə  ölkəmizdəki multikultural mühit, tolerant durum mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan multikulturalizmi fənnini tədris edən professor Gülnarə Hüseynzadə və fənnin dinləyicisi olan tələbələr iştirak ediblər. Mühazirənin sonunda tələbələrin Azərbaycan multikulturalizmi modelinə, mədəniyyətinə, adət-ənənələrinə  dair müxtəlif sualları cavablandırılıb.

Monitorinq zamanı Hikmət Babaoğlu Universitet rəhbərliyi ilə də görüşüb. Görüşdə Azərbaycanla əməkdaşlığın çox yüksək qiymətləndirildiyi və gələcəkədə də bu əməkdaşlığın davamlı olması arzusu bildirilib.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər