Modern.az

Rusiya səfirin qətlini terror aktı kimi qiymətləndirir - RƏSMİ

Rusiya səfirin qətlini terror aktı kimi qiymətləndirir - RƏSMİ

19 Dekabr 2016, 21:54

“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov silahlı hücum nəticəsində qətlə yetirilib”. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Mariya Zaxarova  vurğulayıb ki, Rusiya Türkiyədəki səfirinin ölümünü terror aktı kimi qiymətləndirir: “Məsələ BMT Təhlükəsizlik Şurasında qaldırılacaq.  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilləri cəzalandırılacaq".

 

Qeyd edək ki, səfir bir rəsm sərgisinin açılışı zamanı güllələnib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər