Modern.az

Prezident: “Bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik”

Prezident: “Bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik”

19 Dekabr 2016, 23:30

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. Başsağlığında bildirilir: "Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı.

 

Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər