Modern.az

Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri kimdir?

Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri kimdir?

19 Dekabr 2016, 23:39

Bu gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov rəsm sərgisi  zamanı sui-qəsdə məruz qalaraq həyatını itirib. Modern.az saytı xəbər verir ki, Andrey Karlov  2013-cü ildən Rusiyanın Ankarada səfiri vəzifəsində çalışıb.

 Moskvada 1954-ci ildə anadan olan Karlov 1976-cı ildə da Moskva Dövlət  Beynəlxalq Münasibətlər İnstitutunun, 1992-ci ildə isə Diplomatiya Akademiyasından məzun olaraq ali təhsilini tamamlayıb. Karlov 1976-cı ildən diplomat kimi fəaliyyətə başlayıb.

 SSRİ, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ilə yanaşı, bu ölkənin xarici nümayəndəliklərində, xüsusilə 1976-1981 və 1984-1990-cı illərdə SSRİ-nin Şimali Koreyadakı səfirliyində, 1992-1997-ci illərdə də Rusiyanın Cənub Koreya Respublikasındakı səfirliyində müxtəlif vəzifələrdə çalışıb. Karlov 2001-2006-cı illərdə Şimali Koreyada səfir kimi fəaliyyət göstərib.

Karlov 2007-2013-cü illərdə ölkəsinin Xarici İşlər Nazirliyi Konsulluq İşləri Baş direktor müavini və Baş direktoru vəzifəsində işləyib.

Səfir Karlov 2013-ci ilin iyul ayından ölümünədək Rusiyanın Ankaradakı səfiri kimi vəzifəsini davam etdirirdi. Koreya və İngilis dillərini bilən Karlov evli idi, bir uşaq atası idi.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər