Modern.az

"Rusiya səfirin qətlini cavabsız qoymayacaq" - Medvedev

"Rusiya səfirin qətlini cavabsız qoymayacaq" - Medvedev

20 Dekabr 2016, 00:50

"Rusiya Ankaradakı səfiri Andrey Karlovun qətlini cavabsız qoymayacaq". Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.

 

"Sui-qəsdi təşkil edənlərin hamısı buna görə cavab verməlidirlər",-deyə Rusiya baş naziri vurğulayıb.

 

Qeyd edək ki, bu gün axşam saatlarında Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qatıldığı tədbirdə sui-qəsdə məruz qalıb. Terrorçu diplomata odlu silahdan bir neçə dəfə atəş açıb. Nəticədə səfir həyatını itirib. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər