"Rusiya səfiri Andrey Karlovun qətlini rusiyalı mütəxəssislərlə birlikdə araşdıracağıq". Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu Rusiya paytaxtında səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.
"Əlimizdən gələni edəcəyik ki, bu sui-qəsdin üstü açılsın. Türkiyə tərəfi bütün qurumlarını bu qətlin üstünün açılması üçün səfərbər edib",deyə Türkiyə XİN başçısı qeyd edib.
Modern.az