Modern.az

Tramp: “Xristianların öldürülməsi Cihadın tərkib hissəsidir”

Tramp: “Xristianların öldürülməsi Cihadın tərkib hissəsidir”

20 Dekabr 2016, 10:55

ABŞ prezidenti Donald Tramp Rusiya səfiri Andrey Karlovun öldürülməsini, Berlində 12 nəfərin ölümü ilə nəticələnən insidenti və Sürixdə İslam Mərkəzinə edilən silahlı hücumu pisləyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp baş verən hadisələri “Ümumdünya İslam Cihadının tərkib hissəsi” adlandırıb.

 

Onun fikrincə, İŞİD və digər radikal qruplaşmalar xristianların öldürülməsini adətə çevirib.

“Bu gün Türkiyədə, İsveçrədə və Almaniyada 3 terror aktı baş verib və hər şey daha da pis olur. Sivil dünya başqa cür düşünməyə başlamalıdır”.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər