Modern.az

TürkPA-dan Rusiya səfirinin öldürülməsi ilə bağlı BƏYANAT

TürkPA-dan Rusiya səfirinin öldürülməsi ilə bağlı BƏYANAT

20 Dekabr 2016, 11:18

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Andrey Karlovun terror aktı nəticəsində öldürülməsini şiddətlə qınadığını ifadə edib.

 

Modern.az-ın məlumatına görə, baş katib TürkPA üzv dövlətlərinin həmişə terrorizmin hər hansı bir növü və yaxud təzahür formasına qarşı çıxış etdiyini vurğulayıb.

 

J.Asanov səfirin öldürülməsinə heç bir halda bəraət qazandırıla bilinməyəcəyini və bunun ölkələr arasında mehriban qonşuluq münasibətlərini korlamaq niyyəti güddüyünü bildirib.

 

Modern.az     

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər