Modern.az

Səhiyyə Nazirliyi apteklərdə yoxlama aparıb

Səhiyyə Nazirliyi apteklərdə yoxlama aparıb

20 Dekabr 2016, 12:33

“Bu il ərzində qanunla müəyyən edilmiş şəkildə 5 aptekdə plandankənar yoxlamalar aparılıb”.

Modern.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov jurnalistlərə açıqlamasında deyib.

P.Əzizbəyov bildirib ki, aparılan yoxlama nəticələri barədə müvafiq səlahiyyətli orqanlara məlumat verilib:

“İki aptek barədə daxil olan şikayətlər təsdiqini tapmayıb. Üç aptekdə aparılan yoxlamalar nəticəsindən 81 adda 205 qutu dərman vasitəsi qeydiyyatdan çıxarılıb. Onların məhv edilməsi barədə müraciət edilib”.

 

Mərkəz rəsmisi keyfiyyətsiz dərman vasitəsi aşkarlanan apteklərin fəaliyyətinin dayandırılmasına gəlincə, bunun üçün müəyyən şərlər olduğunu bildirib:

“Apteklərin fəaliyyətinin dayandırılması üçün müraciətlərin təsdiqinin tapması, aşkarlanan qanun pozuntusunun hansı səviyyədə olması müəyyən ediləndən sonra qərar verilə bilər”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər