Modern.az

Politoloq: “Səfirin qətli Yaxın Şərqlə əlaqədar məsələdir”

Politoloq: “Səfirin qətli Yaxın Şərqlə əlaqədar məsələdir”

20 Dekabr 2016, 13:19

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada rəsm sərgisinin açılışında polis öldürülməsi iki ölkə arasındakı münasibətləri hansı məcraya yönəldəcək?

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında məsələni belə şərh edib.

“Hər iki tərəf bu hadisənin provakasiya olduğunu və məqsədin Rusiya-Türkiyə münasibətlərinin pozulmasına yönəldiyini yaxşı başa düşür. Səfirin öldürülməsindən sonra iki ölkənin prezidentləri arasında olan danışıqlarda ortaq məxrəcə gəlinib ki, bu, təxribatdır. Buna uymamaq lazımdır. Zənnimcə, terrorun dəqiq səbəbləri araşdırılmayınca, hər hansı illuziya söyləməyə gərək yoxdur”.


Siyasi ekspert səfirin öldürülməsinin sosial şəbəkələrdə 1-ci Dünya Müharibəsinin başlanmasına səbəb olan hadisəyə bənzədilməsinə də münasibət bildirib.  

“Düzdü, 1-ci  Dünya Müharibəsinin başlanmasına Avstriya- Macarıstan İmperiyasının şahzadəsi  Frans Ferdinanda qarşı serb terrorçusu tərəfindən atəş açılması səbəb olmuşdu. O zaman iki cəbhə vardı və onlar müharibə üçün bəhanə axtarırdılar. Amma indiki məqamda vəziyyət fərqlidir. Rusiya səfirinin öldürülməsi üçün minlərlə bəhanə tapmaq olar. Həmçinin, son zamanlar səfir Suriyadakı qaçqınlarla tez-tez görüşürdü. Məsələn, səfiri öldürən adamın “Əl-Nüsrə” cəghəsi tərəfindən qəhrəman elan edilməsi də bir çox mətləblərdən xəbər verir. Mənə elə gəlir ki, bu, Yaxın Şərqlə əlaqədar olan məsələdir. Rusiya xarici siyasətinin nəticələrini də buraya əlavə etmək olar”.

Qabil Hüseynli, Türkiyədəki təhlükəsizlik sistemindən də danışıb.

“Türkiyədə Atatürk siyasi sistemini çökdürdülər. Ona aid olan kəşfiyyat qruplarının fəaliyyətini sıfıra endirdilər. Nəticə etibarilə hüquq-mühafizə orqanları və asayiş qüvvələrinin cəmiyyətdəki rolu aşağı düşdü”.


Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər