Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada öldürülməsi ilə əlaqədar Ukraynaya səfərini təxirə salıb.
Modern.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Türkiyə XİN-in nümayəndəsi məlumat verib.
Çavuşoğlu dekabrın 20-21-də Türkiyə-Ukrayna Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq çərçivəsində Ukraynaya səfər etməli idi.
XİN nümayəndəsi qeyd edib ki, səfərin dəqiq tarixi barədə daha sonra məlumat veriləcək.
Mirmahmud KAZIMOĞLU