Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin İran və Türkiyə ilə birlikdə Suriya münaqişəsinin həllini nəzərdə tutan Moskva bəyannaməsini qəbul etməyə hazırlaşdığını deyib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hər 3 ölkə münaqişənin həllində təminatçı olmağa hazırdır.
İranlı briqada generalı Hüseyn Dehqanla görüş zamanı Şoyqu bəyannamənin müdafiə və xarici işlər nazirləri tərəfidən bəyənilməli olduğunu vurğulayıb.
Vüqar İSMAYILOV