Modern.az

Azərbaycan əhalisinin siyahıya alınmasına bu komissiya nəzarət edəcək - SİYAHI

Azərbaycan əhalisinin siyahıya alınmasına bu komissiya nəzarət edəcək - SİYAHI

20 Dekabr 2016, 16:09

Baş nazir Artur Rasizadə 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında qərar imzalayıb. Modern.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması 2019-cu il 1 oktyabr tarixli saat 00.00 vəziyyətinə, sorğu yolu ilə aparılacaq.
Əəhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsinə yerli icra hakimiyyəti orqanları və Dövlət Statistika Komitəsi məsuliyyət daşıyırlar.


Nazirlər Kabinetinin qərarına əsasən,Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi də təsdiqlənib. Komissiya aşağıdakı şəxslərdən ibarətdir:

Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini - komissiyanın sədri

Tahir Budaqov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri - komissiya sədrinin müavini

Cabbar Musayev - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının rəhbəri - komissiyanın katibi

Komissiyanın üzvləri:

İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Əli Abdullayev - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Mətin Kərimli - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Kərim Vəliyev - Azərbaycan Respublikası müdafiə nazirinin müavini

İsmət Əliyev - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Ceyhun Həsənov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi

Faiq Tağı-zadə - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Nadir Hüseynov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Cavid Nəcəfov - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Aparatının rəhbəri

Rüstəm Şahbazov - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini

Gəray Fərhadov - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Aynur Sofiyeva - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

İsmayıl Bağırov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Pərviz Musayev - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azad Ələkbərov - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Fidumə Hüseynova - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

İlyas Əliyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini

Rəşad Nəsirov - "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər