Modern.az

“Türkiyə terrorla mübarizədə qalib gələcək”

“Türkiyə terrorla mübarizədə qalib gələcək”

20 Dekabr 2016, 16:37

“Türkiyədəki terror hadisəsi zamanı səfirin öldürülməsi ilə bağlı Türkiyə xarici İşlər Nazirliyinə başsağlığı göndərmişəm”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Asim Mollazadə deyib.

İşçi qrupunun üzvü bildirib ki, terrorla mübarizədə bütün dünya qüvvələri birləşməlidir.

“Terror insanlığa qarşı olan böyük bir cinayətdir. Bütün dünya qüvvələri terrorla mübarizədə öz səylərini birləşdirməlidirlər. Türkiyə beynəlxalq terror qüvvələri tərəfindən hədəfə götürülüb. Son vaxtlar Türkiyədə bir sıra  beynəlxalq terror təşkilatları çox ağır və faciəvi  olaylar həyata keçiriblər. Məqsəd Türkiyəni zəiflətmək və bölgədə rolunu azaltmaqdır.
Dünən səfirin öldürülməsi fonunda baş verən hadisə də bu silsilənin davamıdır. Əminəm ki, Türkiyənin hüquq-mühafizə orqanları sayəsində Türkiyə terrorla mübarizədə qalib gələcək. Türkiyə böyük dövlətdir. Yaxın müddətdə “son terror aktını kim törədib” və “bunun arxasında kimlər durur” suallarına cavab tapılacaq və dünyaya çatdırılacaq. Ümidvaram ki, bu terror hadisəsi ikitərəfli münasibətlərə mənfi təsir göstərməyəcək”.  

Qeyd edək ki, dünən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov polis işçisi Mövlud Mert tərəfindən qətlə yetirilib.


Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər