Azərbaycanın Şimal-Qərb bölgəsində zəlzələ olub. Modern.az saytı xəbər verir ki, təbii fəlakət Zaqatala, Balakən və Qax rayonlarında hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla 20:40-da Zaqataladan 20 km. Şimal-Qərbdə, Balakəndə zəlzələ qeydə alınıb. Zəlzələ Balakən-Zaqatalada 4 bala qədər, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.
Modern.az