Modern.az

Epilepsiya xəstəsi avtomobili ağaca çırpıb  

Epilepsiya xəstəsi avtomobili ağaca çırpıb   

20 Dekabr 2016, 23:25

Bakı-Qazax magistral yolda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, Şəmkir rayon Yeniabad kənd sakini, 1999-cu il təvəllüdlü  Qədirov Sübhan “VAZ 2106” markalı avtomobili idarə edərkən Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Kür qəsəbəsinə dönən hissəsində ağaca çırpılıb. Məlumata görə, S. Qədirov epilepsiya xəstəsi olub, və qəzaya səbəb xəstəliyinin tutması olub. 

 

S. Qədirov Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, oradan isə Gəncə şəhərindəki xəstəxanalardan birinə köçürülüb. 

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər