Modern.az

Mərhum Arif Mehdiyev necə xatırlanır?

Mərhum Arif Mehdiyev necə xatırlanır?

21 Dekabr 2016, 16:40

 

Prezident yanında Ali Attestasiya Komissiyasının sədri, akademik  Arif Mehdiyev 2 gün bundan qabaq 82 yaşında dünyasını dəyişib. Dekabrın 19-u həm də mərhumun doğum günü olub.

 

Arif Mehdiyev Komissiyanın sədri olmaqla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) da böyük nüfuz və hörmət sahibi olmuş mərhum akademik kimi yada ediləcək.

 

Akademik Cavad Abdinov  Modern.az-a açıqlamasında  Arif Mehdiyevin sağlığında çox yaxşı insan olduğunu deyib.

 

“Arif müəllimi 2 gün olar ki, itirdik. O bir də aramızda olmayacaq. Mərhum çox dostcanlı, səmimi, qayğıkeş insan idi. Akademiyada hər kəs onu mehriban insan kimi xatırlayır. Bu, hər zaman belə olacaq”.

 

Qeyd edək ki, 82 yaşında ağır xəstəlikdən dünyasını dəyişən Arif Mehdiyev, “Şöhrət” və “Şərəf” ordeni ilə təltif edilib. 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvü olub. Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib.

 

Namidə BİNGÖL

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər