“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Putinin adamı olması ehtimalı absurddur.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.
“Bu nonsensdir. Vladimir Putinlə danışıqlara hazır olmasını bəyan etdiyi üçün onun Putinin adamı adlandırılması absurddur”.
Peskov həmçinin Rusiyaya qarşı ABŞ-ın hakim dairələrindəki nifrətin prezident seçkilərində də hiss olunduğnu deyib.
Vüqar İSMAYILOV