Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Modern.az xəbər verir ki, hava limanında Türkiyə Böyük Millət Məclisinin sədrini Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.
Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə ediləcək.
Modern.az