Modern.az

Ohanyan Köçəryanla prezidentə qarşı birləşir 

Ohanyan Köçəryanla prezidentə qarşı birləşir 

22 Dekabr 2016, 12:52

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın siyasi həyatdakı iştirakı prosesi tamamilə eks-prezident Robert Köçəryanın nəzarətində olacaq.

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bu haqda “Jamanak” qəzeti yazıb.

“Ohanyana Köçəryanın tərəfdarları olan bütün siyasi qüvvələrin özəyini toplamaq vəzifəsi həvalə olunub. Burada hətta Vardan Oskanyan, yaxud Demokrat Partiyasından Aram Sərkisyan da təmsil olunacaq”, - qəzet yazır.

Digər məlumata görə, yaxın müddətdə hakim Respublikaçılar Partiyasını tərk edib bu hərəkata qoşulanların olacağı istisna deyil.

“Bizim məlumatımıza görə, Vardan Oskanyan Robert Köçəryanı bu hərəkata Viktor Dallakyanın da qoşulmasının vacib olduğuna inandıra bilib.

Belə görünür ki, Seyran Ohanyan artıq mövcud olan siyasi qüvvələrə qoşulmayacaq”, - qəzet vurğulayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər