Modern.az

Bakıda 120 mindən çox bina söküləcək

 Bakıda 120 mindən çox bina söküləcək

22 Dekabr 2016, 13:45

2035-ci ilədək Bakının mənzil fondunun sahəsi 97,78 milyon kvadrat metr təşkil edəcək.

Modern.az-ın məlumatına görə, bu, Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planında nəzərdə tutulub

Plana əsasən, həmin müddətədək adambaşına düşən yaşayış sahəsi 25 faiz artacaq.

Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə bildirib ki, bu planla əlaqədar olaraq Bakıda 122 minə yaxın bina söküləcək və ya yeri dəyişdiriləcək.

O qeyd edib ki, binaların sökülməsi bütün şəhər ərazisində həyata keçiriləcək: "Bunun bir neçə səbəbi var - yaşayış binalarının yenidən tikintisi, yolların tikintisi və bərpası, dövlət əhəmiyyətli obyektlərin tikintisi və digər səbəblər".

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər