Modern.az

Yeni aeroport tikiləcək

Yeni aeroport tikiləcək

22 Dekabr 2016, 13:58

2035-ci ilə qədər Abşeron yarımadasında ikinci sərnişin hava limanı tikiləcək.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.

O, hava limanının tikintisinin şəhərin cənub zonasında - Ələt qəsəbəsi ərazisində nəzərdə tutulduğunu bildirib.

"Bakı Beynəxalq Aeroportunun ötürmə qabiliyyəti 2035-ci ilə qədər sərnişin axınını tam həyata keçirə biləcək. Lakin turizmin inkişaf tempini, Ələtdə azad ticarət zonasının yaradılmasını nəzərə alaraq biz duşunuruk ki, daha bir beynəlxalq aeropotun inşasına ehtiyac var".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər