Modern.az

UNEC və ATU birgə kadr hazırlığına başlayır

UNEC və ATU birgə kadr hazırlığına başlayır

23 Dekabr 2016, 11:16

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Texnologiya Universiteti (ATU) "Qida məhsulları mühəndisliyi", "Marketinq" və "Menecment" ixtisasları üzrə mütəxəsis hazırlığını birgə aparacaqlar.

 

Əməkdaşlıq UNEC-in rektoru, professor Ədalət Muradov və ATU-nun rektoru, professor Akif Süleymanov arasında imzalanan əməkdaşlıq haqqında müqavilədə öz əksini tapıb. Müqaviləyə əsasən, mütəxəssis hazırlığı UNEC-in tədris planları və müvafiq fənn proqramları əsasında aparılacaq. Sənəddə, həmin ixtisaslarda təhsil alan ATU tələbələrinin UNEC-də, UNEC tələbələrinin ATU-da bir semestr boyunca təhsil almaları qeyd edilib. UNEC-in professor-müəllim heyətinin ATU -da bu ixtisaslar üzrə keçirilən aralıq və yekun dövlət imtahanlarında iştirakı da nəzərdə tutulub.

 

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər