Modern.az

"Xətai" stansiyasının ikinci yolu bağlandı

"Xətai" stansiyasının ikinci yolu bağlandı

23 Dekabr 2016, 12:10

Bu gün Bakı Metropoliteninin “Xətai” stansiyasının 2014-cü ilin sonlarından təmirə bağlanan birinci yolu istifadəyə verilib.

 

Modern.az xəbər verir ki, bu haqda jurnalistlərə açıqlamasında“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi məlumat verib.

O deyib ki, “Cəfər Cabbarlı” – “Xətai” stansiyaları arasındakı ikinci yolun təmirinə başlanılıb:

“Hazırda həmin yol təmirə bağlıdır. Təmir işləri təxminən bir il müddətinə davam edəcək”.

O həmçinin bildirib ki, “Yaşıl xətt”in davamı olaraq “Xətai”dən “Həzi Aslanov” stansiyasındək Nobel prospekti boyunca 3 yeni stansiyanın tikintisi nəzərdə tutulub.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər