Bunu Azərbaycanda təhsil alan, Bakı Beynəlxalq Tələbə Klubunun üzvü olan əcnəbi gənclər söyləyib.
Onlar “Azərbaycan Tolerantliq nümunəsi kimi” layihəsinin iştirakçısı kimi Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini məbədləri , dini icmaları ziyarət etdikdən sonra belə qənaətə gəliblər. Qeyd edək ki, layihənin məqsədi də Azərbaycanın dünya üçün bir tolerantlıq nümunəsi olduğunu məhz elə ölkəmizdə təhsil alan və yaşayan əcnəbi tələbə və gənclərin vasitəsi ilə dünyada təbliğ olunmasına təkan verməkdir.
Layihədə Azərbaycan Tibb Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Qafqaz Universiteti, Xarici Dillər Universiteti, Dövlət Neft və Sənaye Universitetində təhsil alan 60-dan çox ölkənin tələbə və gəncləri iştirak edir. Layihə çərçivəsində Heydər Məscidi, Jen Moronosits Pravoslav Kafedral Kilsəsi, Bakirə Müqəddəs Məryəm Katolik Kilsəsi, Bakı Dağ Yəhudiləri Sinaqoqu kimi dini obyektlərə və Bakı Krişna Şüuru Dini İcmasına səfər edildi.
Əcnəbi gənclər Azərbaycanda dini etnik tolerantlığının canlı şahidi oldular. “Azərbaycan Tolerantlıq nümunəsi kimi” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Bakı Beynəlxalq Tələbə Klubu tərəfindən həyata keçirilir.
Modern.az