Balakəndə fərdi evdə yanğın baş verib. Modern.az saytı xəbər verir ki, axşam saatlarında Balakən şəhəri, Daanov küçəsində yaşayış evində güclü yanğın qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğınsöndürənlər evdə 2013-cü il təvəllüdlü Ramal Amil oğlu Alagözovun yanmış meyitini aşkar ediblər.
Hazırda yanğın məhdudlaşdırılıb, onun tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Modern.az