Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi ağacəkmə aksiyası keçirib.
UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Modern.az-a verilən məlumata görə, Universitetin professor-müəllim heyəti Badamdar qəsəbəsi ərazisində yerləşən 2 hektar sahədə salınan yaşılıq zolağında 1500-dən artıq həmişəyaşıl tinglər əkiblər. UNEC kollektivi ərazinin qorunması və genişləndirilməsini həyata keçirmək niyyətindədir.
Məqsəd ölkədə həyata keçirilən ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi kimi layihələrə, təşəbbüslərə UNEC-in dəstəyini göstərməkdir.
UNEC əməkdaşları və tələbləri gələcəkdə də genişmiqyaslı ağacəkmə kompaniyasında aktiv iştirak edəcəklər.