Türkiyədə Rusiyanın səfiri Andrey Karlovu güllələyən Mevlut Mertin sevgilisi saxlanılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mertin telefon zənglərini araşdıran polis onun tez-tez hansısa qızla danışdığını müəyyənləşdirib.
Bu qızın Rusiya səfirini öldürən Mertin sevgilisi olduğunu dəqiqləşdirəndən sonra onu saxlayıblar.
Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankaradakı sərgi salonunda “Rusiya türklərin gözü ilə” sərgisinin açılışında güllələnib.
Onu 2,5 il Ankara polisində işləyən Mevlut Mert öldürüb.
Modern.az