Modern.az

Türkiyədə terroru təbliğ edən 1656 nəfər həbs edilib

Türkiyədə terroru təbliğ edən 1656 nəfər həbs edilib

24 Dekabr 2016, 23:07

Türkiyədə terrorçuluğa qarşı mübarizə davam etdirilir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, son 6 ayda sosial şəbəkələrdə terrorçuluğu təbliğ edən 1656 nəfər həbs edilib.

Məlumata görə, yarım il ərzində sosial şəbəkələrdə terrorizmin təbliğatında şübhəli bilinən 3 min 710 nəfərlə bağlı təhqiqat aparılıb.

Məhkəmə qərarları ilə həbs edilən 1656 nəfərə qarşı terrorçuluğun, düşmənçilik və zorakılıq meyllərinin təbliğatı, həmçinin rəsmi şəxslərin təhqir edilmsəi ilə bağlı ittihamlar irəli sürülüb.

Qeyd edilir ki, 1 min 203 nəfər şərti ittiham edilib. 767 nəfər isə dindirmələrdən sonra azad olunub. Hazırda 84 şübhəli şəxslə bağlı araşdırma davam etdirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər